Media Plan


Televiziya reklam kampaniyalarında,  kampaniyanın uğurlu və effektiv olması üçün TV məcralarını istifadə edən doğru hədəf kütləsinə çatılması, yüksək yayım, aşağı qiymət , TV kanalları vasitəsi ilə arzu olunan hədəf auditoriyasına çatmaq üçün edilən bütün çalışmaların toplusuna mediaplanlama deyilir.

Uğurlu media planlaşdırma kampaniyalarında hədəf auditoriyaya çatılır, kampaniya kifayət qədər reklam olunur, reklam kampaniyasını görən hədəf auditoriyası aktivləşir və bu kampaniya üçün aşağı büdcə və kifayət qədər tezlik əldə edilir.

Ən çox televiziyada izlənilən saat 20:00-23:00-a qədər olan vaxt zonası Prime Time adlanır. Televiziya kanallarının daha az göründüyü saat isə 07.00 - 20.00 arasındakı vaxt zonası Off Prime time adlanır. Bu vaxt intervallarından kənarda olan vaxt zonası Late Prime Time adlanır.

Televiziya reklamları, kreatif reklam işlərinin ən rahat və asan tətbiq olunduğu və Azərbaycanda yaşayan hədəf kütlənin böyük bir hissəsinə çatmağı təmin edən reklam məcrasıdır. Buna görə televiziya reklamları hər zaman populyar olaraq qalır.

Televiziya kanallarının reklam satışları Tv Reklam Agentlikləri tərəfindən həyata keçirilir. Doğru strategiya tətbiq etməyi bacaran və bu işlərdə təcrübəsi olan reklam agentlikləri ilə tərtib edilən mediaplanlama ilə uğur əldə etmək mümkündür.

Tam Reklam nədir?

Televiziya proqramları arasında yayımlanan TV reklamlarına Tam Reklamlar deyilir. Tam reklamlar 1 saat içində 12 dəqiqə yayımlana bilər.

Bant Reklam nədir?

Televiziya proqramı yayımlanarkən ekranın altındakı görünən TV reklamlarına Bant Reklam deyilir. Banner reklamları hər 10 dəqiqədən bir yayımlana bilər.

Virtual Logo Reklam nədir?

Televiziya proqramı yayımlanarkən ekranın künclərində görünən reklamlara Virtual Loqo deyilir. Virtual logo reklamları hər 5 dəqiqədən bir yayımlana bilər.



Copyright 2020. Reklamevi.az. All rights reserved.

bt_bb_section_top_section_coverage_image
bt_bb_section_bottom_section_coverage_image